XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

18 İyul 2015 - 07:49

“ABŞ Moskvaya təzyiqi gücləndirəcək” – Kremlə növbəti hədə gəldi
“Rusiya Donbassda münaqişəni genişləndirəcəyi təqdirdə, ABŞ Moskvaya təzyiqi gücləndirəcək”.
Bunu ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland “Şuster Liva” proqramının efirində ukraynalı jurnalist Savik Şusterə müsahibısində deyib.
“Biz bildirmişik ki, Minsk razılaşması tam icra olunana qədər sanksiyalar qüvvədə qalacaq”, – deyə V. Nuland bildirib.
ABŞ hökumətinin Ukraynaya hərbi yardım göstərdiyini xatırladan V. Nulandın sözlərinə görə, ABŞ Ukraynaya hərbi yardım çərçivəsində hərbçilərin hazırlığı üçün 150 milyon dollar yardım edib:
“Biz ümid edirik ki, bizim təzyiqlər Rusiyanı və Rusiya hökumətinin Donetsk və Luqanskdakı qüvvələrini öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar edəcək. Əks təqdirdə bu onlara baha başa gələcək. Biz heç nəyi istisna etmirik”.
APA