XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

19 Avqust 2016 - 21:45

Zərif ilə Çavuşoğlunun 5 saat davam edən görüşü –İran XİN-dən açıqlama

İran

“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Tehrana  qısamüddətli səfər edərək ölkənin XİN başçısı Məhəmməd Cavad Zərif ilə görüşüb”.

Bu sözləri  İran XİN sözçüsü Bəhram Qasimi deyib.

B.Qasiminin sözlərinə görə, danışıqlarda ikitərəfli əlaqələr, regionda baş verən proseslər,  xüsusilə Suriya böhranı müzakirə olunub.

B.Qasimi qeyd edib ki, M. C. Zərif  ilə M.Çavuşoğlu arasında görüş 5 saat davam edib.

“Məhəmməd Cavad Zərifin ötən həftə Türkiyəyə səfəri zamanı iki ölkə arasında davamlı şəkildə rəsmi və qeyri rəsmi görüşlərin keçirilməsinin zəruriliyi vurğulanıb. Bu səbəbdən yaxın gələcəkdə də iki ölkə rəsmiləri arasında görüşlərin keçiriləcəyi gözlənilir”, – deyə, Bəhram Qasimi deyib.