XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

20 Avqust 2016 - 22:19

“Onlar bu seçkilərdə qalib gələcəklər” –Baş nazirdən azərbaycanlı namizədlərə böyük inam

Gurcustan-bash-nazir

"Parlament seçkilərində deputatlığa namizədliyini vermiş azərbaycanlı vətəndaşlarımızın seçiləcəyinə mənim heç bir şübhəm yoxdur.  Onlar bu seçkilərdə qalib gələcəklər".

Bu sözləri Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili  “Gürcü Arzusu-Demokratik Gürcüstan” tərəfindən parlament seçkilərində azərbaycanlı namizədlər haqqında bildirib.

O, açıqlamasında azərbaycanlı namizədlərin peşəkar olduqlarını, yerli problemləri dərindən bildiklərini bildirib: “Bizim bu namizədlərin qalib gələcəyinə heç bir şübhəmiz yoxdur”.

Qeyd edək ki, Gürcüstan parlamentinə seçkilərdə iştirak etmək üçün “Gürcü Arzusu-Demokratik Gürcüstan”-dan Qardabanidən Savalan Mirzəyev və Marneulidən Ruslan Hacıyev və digər şəxslər namizədliyini irəli sürüblər.

Xatırladaq ki, Gürcüstanda parlament  seçkiləri oktyabrın 8-də keçiriləcək. 

APA