XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

22 Avqust 2016 - 14:52

Azərbaycan referendumla bağlı təklifləri Venetsiya Komissiyasınatəqdim etməyib – Açıqlama

venetsiya

Rəsmi Bakı sentyabrın 26-da referenduma çıxarılacaq Konstitusiyaya düzəlişlər və dəyişiklikləri Avropa Şurasının Venetsiya Komissiyasına və ATƏT DTİHB-yə təqdim etməyib.

Bu barədə Venetsiya Komissiyasından Turan agentliyinin təklif edilən dəyişikliklərin qiymətləndirilməsi xahişilə bağlı sorğusuna cavab olaraq bildirilib:

“Təəssüf ki, biz buna cavab verə bilmərik, çünki əvvəla, düzəlişlərin mətni bizdə yoxdur, ikincisi, biz yalnız rəsmi sorğu çərçivəsində bizə verilən mətnləri təhlil edə bilərik. Hələlik Venesiya Komissiyası konstitusiya düzəlişləri layihəsi üzrə rəylə bağlı sorğu almayıb. Lakin Komissiyanın nizamnaməsinə uyğun olaraq rəsmi müraciət olarsa belə rəy hazırlaya bilərik”, – Venetsiya Komissiyasının cavabında deyilir.

Cavabda həmçinin deyilir ki, Venetsiya Komissiyası Nazirlər Komitəsi, Parlament Assambleyası, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi, baş katib, həmçinin Komissiyanın işində iştirak edən dövlətlər, beynəlxalq təşkilatlar və ya strukturların xahişilə sorğular üzrə rəy verə bilər.

Xatırladaq ki, Dövlət Departamenti və Avropa İttifaqı düzəlişlər layihəsinin analiz üçün Venetsiya Komissiyasına təqdim olunmasını Azərbaycan hakimiyyətinə tövsiyə edib.