XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

21 İyul 2015 - 09:35

Rəsul Cəfərovun şikayəti təmin olunmadı – Məhkəmə
Bu gün Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrliyi ilə hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə hazırlıq iclası keçirilib.
Məhkəmə prosesi zamanı müdafiə tərəfi qətimkan tədbirinin dəyişdirilməsi və həbsin ev dustaqlığı ilə əvəz edilməsi, şikayətə qismi məhkəmə istintaqın aparılması ilə baxılması haqqında vəsatətlər qaldırıb. Vəkil həmçinin Cəfərova proses zamanı müdafiəçilərinin yanında oturmağa icazə verilməsini istəyib.
İlk iki vəsatət təmin edilməyib. üçüncü vəsaitə gəlincə, hakim deyib ki, ona apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması zamanı baxıla bilər.
İlkin iclasın yekunlarına görə, məhkəmə şikayəti baxılması üçün qəbul etməyi qərara alıb və növbəti iclası iyulun 31-nə təyin edib.
Zalda kifayət qədər boş yer olmasına baxmayaraq, prosesə yalnız hüquq müdafiəçisinin qohumları və iki jurnalist buraxılıb. Bir çox vətəndaş cəmiyyəti fəalları, jurnalistlər və səfirliklərin nümayəndələri zala buraxılmayıb.
Cəfərov 2 avqust 2014-cü il tarixində həbs edilib. Ona qarşı AR CM-in 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittihamlar irəli sürülüb.
Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı onu “vicdan məhbusu” hesab edir. Hökmün elan edilməsindən sonra Cəfərov bildirib ki, onu saxta və siyasi sifariş hesab edir. Məhkəmə hüquq müdafiəçisinin hər-hansı təqsirini sübut etməyib. Bütün ittiham şahidləri hüquq müdafiəçisinin xeyrinə ifadə veriblər, proses özü faktiki olaraq onun tamamilə təqsirsiz olduğunu sübut edib. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası, Avropa İttifaqı və s. çoxsaylı bəyanatlarında və çağırışlarında Azərbaycan hakimiyyətini Cəfərovu və uydurma ittihamlarla həbs edilmiş digər hüquq müdafiəçilərini azad etməyə çağırıblar. (contact.az)