XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2016 - 16:39

“Türkiyə əvvəlkitək Rusiya ilə küsülü vəziyyətdə olsaydı,…” –Politoloqdan türk ordusunun hücumüna reaksiya

elxan-sahinoglu-esas

"Türkiyə hakimiyyəti Kremllə barışmağa qərar verdikdə, Cumhurbaşqanı Ərdoğan Putinə “üzr istəyirəm” məzmunlu məktub göndərdikdə, bəziləri Ankaranın bu addımını qınadı, hətta “rus turistinə görə bu qədər alçalmağa dəyərdimi” sualını səsləndirənlər tapıldı".

Strateq.az xəbər verir ki, bu sözləri Türkiyə ordusunun bu gün Suriyada keçirdiyi əməliyyatı şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, əlbəttə, Ərdoğanın Putinlə barışmasının iqtisadi, ticarət, enerji və turizm ayağı ağır basırdı, ancaq dünən anlaşıldı ki, barışın əsas səbəbi Suriya idi:

"Türkiyə əvvəlkitək Rusiya ilə küsülü vəziyyətdə olsaydı, bu gün Türkiyə ordusu rahatlıqla sərhədi keçib, Suriyada söz və mövqe sahibi olmayacaqdı. Çünki Rusiya Türkiyə tərəfindən vurulan təyyarənin intiqamını almaq istəyirdi. İndi isə Rusiya Türkiyənin Suriyaya hərbi müdaxiləsinə sərt reaksiya bildirmir, əksinə DAİŞ-lə mübarizə cəbhəsinin genişlənməsi Kremlin də maraqlarına cavab verir".

Strateq.az