XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2015 - 00:38

“Mütləq ölkəni bütövləşdirəcəyik” – Gürcüstan prezidenti
Gürcüstan heç vaxt öz ərazisinin bir hissəsinin qopardılmasına razı olmayacaq.
Bu barədə prezident Georgi Marqvelaşvili yerli telekanala müsahibəsində bildirib.
“Biz ərazilərin işğalını qəbul etməyəcək, bununla barışmayacağıq və mütləq ölkəni bütövləşdirəcəyik. Bu, hər birimizi ağrıdan mövzudur” – deyən Marqvelaşvilinin sözlərinə görə, gürcü torpaqlarının qonşu dövlət tərəfindən həyata keçirilmiş işğalı beynəlxalq birliyin təzyiqləri altında sona yetəcək:
“Strateji dözüm – bizim tərəfdarlarımızın sayını artıran bir komfortlu platformadır. Biz havada silah oynatmaqla yox, məhz bu dözüm vasitəsilə vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpasına mütləq nail olacağıq” (Musavat.com).