
Xəbər verdiyimiz kimi, bu gün saat 15:00-da Milli Şura mitinq keçirəcək.
Musavat.com-un mitinqin keçirilməsi üçün ayrılmış ərazidə müşahidə aparan əməkdaşının verdiyi məlumata görə, hazırda aksiya üçün hazırlıq işləri sona çatdırılmaq üzrədir.
Aksiya iştirakçıları da artıq toplaşmağa başlayıblar. Saat 14:30-dan etibarən mitinqə gələn vətəndaşların “Məhsul” stadionuna daxil olmalarına icazə verilib.
Hələlik hər hansı insident müşahidə edilməyib. Mitinqə hazırlıq sakit şəraitdə davam edir.
Musavat.com