XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

25 Avqust 2016 - 14:56

“Müxtəlif millətlərin cəmiyyətə inteqrasiya məsələləri və…” –"Əks-Səda"dan uğurlu layihə (FOTO)

sevinc-kerimoba-tedbir

«Əks-Səda» Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyinın həyata keçirdiyi “Azərbaycan multikultrasiya modeli kimi: müxtəlif millətlərin cəmiyətə inteqrasiya məsələləri və bugünki mənəvi vəziyyətlərinin tədqiqi” layihəsi yekunlaşır.

Layihə rəhbəri Sevinc Kərimovanın Strateq.az-a verdiyi məlumata görə, mayın 1-dən başlayan layihə çərçivəsində Azərbaycanın 6 rayonunda (Qax 25 iyul, Balakən 2 avqust, Quba 04 iyul, Qusar 13 iyun , Lənkəran 21 iyun və İsmayıllı 12 iyul) “Azərbaycan Multikulturalizm modeli-dünyada sülh, qardaşlıq və dözümlülük ideyasının yayılmasına töhvəmiz” adlı dəyirmi masalar keçirilib:

"6 rayonda keçirdiyimiz dəyirmi masalarda azərbaycanlılarla yanaşı, bu rayonlarda yaşayan rus, avar, tat, gürcü, axıska türkləri, talış və sair millətlər dəyirmi masaların iştirakçıları idi. Görüşlər zamanı bir daha şahidi oldum ki, bizimlə birgə yaşayan xalqlar ölkəmizin var olan 5 barmağıdır. Hər biri öz yeri, öz mədəniyyəti ilə böyük mədəniyətimizin parçasıdır.

Azərbaycan xalqının malik olduğu milli mədən dəyərlərin vermiş olduğu yüksək birğə yaşayış mədəniyyəti, burada yaşayan xalqlara, onların mədəniyyətlərinə hörmət, diğər xalqlara öz kimliklərini danmaq məcburiyətinin olmaması əksinə özünü ifadə etmək imkanının tanıdılması bu xalqların Azərbaycan həyatının vacib hissəsi olmasına şərait yaradıb. Əsrlərdən bəri var olan bu birğə yaşayış bir birinə dözməklə yox, könüllü dostluq və sevgi ilə bərqərar olub. Yüz illiklərə meydan oxuyaraq sülh və əminamanlıq şəraitində yaşayıb, dövtimizin ali qanunları bu münasibətlər daha da möhkəmləndirilib, yerli xalqların din inanclarına, mədəniyyətlərini sərbəst şəkildə qorumaq və təbliğ etmək imkanı yaradılıb. Bu gün bu xalqlarında ən başlıca problemi işğal altında qalan torpaqlarımızın tezliklə yağı düşməndən azad edilməsi, minlərlə köçkünümüzün öz doğma yurd yuvalarına qaytmasıdır".

Layihənin rəhbəri Sevinc Kərimova daha sonra bildirib ki, dəyirmi masalarda çıxış edən ləzgilər, ruslar və tatların hər kəlməbaşı “bizim ölkəmiz”, “bizim vətənimiz” sözləri onu daha da təsirləndirib:

"Əlbəttə ki, dövlətimizin apardığı multikulturalizmlə bağlı siyasəti ölkəmizin birğəyaşayış mədəniyyətinin dünyanın sülh sevər xalqlarına çatdırmaq, tanıtmaq və öz haqq səsimizin daha da gur eşdilməsinə nal olmaqdır. Bəzi dünya xalqlar üçün isə Azərbaycan multukulturalizmi öyrənlmək üçün böyük məktəbdir“.

Qeyd edək ki, dəyirm masalar Azərbaycan Respublikası Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan multikultrasiya modeli kimi: müxtəlif millətlərin cəmiyətə inteqrasiya məsələləri və bugünki mənəvi vəziyyətlərinin tədqiqi” layihəsi çərçivəsində baş tutub.