XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 March 2015 - 13:55

“Xalq Milli Şuranın mitinqinə gəlmədi” – Elbəyi Həsənli

Mühacir yazar Elbəyi Həsənli Milli Şuranın mitinqi ilə bağlı replika yazıb. Milli Şura tərəfdarlarının kəskin etirazlarına səbəb olan bu replikanı təqdim edirik. Qeyd edək ki, bəzi AXCP tərəfdarları sosial şəbəkələrdə iddia edirlər ki, Milli Şuranın mitinqinə xalqın gəlməməsinin səbəbi “Yeni Müsavat” qəzetidir…Elbəyi Həsənli isə belə yazır:

“”Talana son” aksiyasınıın sönük keçəcəyi barədə 20 gün əvvəl yazmışdım. Maraqlananlar baxa bilər. Əlbəttə, xalqın öz taleyinə belə biganəliyi təəssüf doğurur. Bu günkü aksiyada da əsasən partiya üzvləri iştirak edirdi. Xalq o aksiyaya qatılmamışdı.
Venesuela prezidenti olmuş Huqo çaves deyirdi ki, xalq inqilaba televizorda baxmağa üstünlük verir. Azərbaycanlılar istəyir ki, kimsə onların yerinə gəlib Qarabağı qaytarsın, korrupsiyaçı iqtidarı kənara atasın və.s. Ancaq belə şey olmur….
çıxış yolu isə sadədir. Rejimə müxalif olan qüvvələr bütün umu-küsüləri bir dəfəlik arxada qoyub bir araya gəlməlidir. Müxalifət birləşməsə 100 il bundan sonra da bu iqtidar dəyişməyəcək. Elə problem də ondadır. Yerlə göy birləşə bilər, Azərbaycan müxalifəti “ne za çto””…
Musavat.com