XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

22 İyul 2015 - 12:11

Azərbaycan ATƏT-ə dәvәt göndərdi – Rəsmi

Azәrbaycanda keçiriləcək parlament seçkilәrini müşahidә etmәsi üçün ATӘT-in Demokratik Tәsisatlar vә İnsan Haqları Bürosuna (DTİHB) dәvәt göndərilib.

Bu barәdә ATӘT DTİHB-dan mәlumat verilib.

DTİHB-da deyiblər ki, artıq rəsmi Bakının dəvətini alıblar, ilk olaraq Azərbaycana ehtiyacları qiymәtlәndirmә missiyası göndәrilәcәk:

“Missiya Azәrbaycanda seçkilәrlә bağlı maraqlı tәrәflәr, o cümlәdәn hakimiyyәt vә siyasi partiya nümayәndәlәri, müstәqil namizәdlәr, vәtәndaş cәmiyyәti üzvlәri vә media nümayәndәlәri ilә görüşәcәk. Müşahidə olacaqsa, missiya toplanmış informasiyalar әsasında hansı növ seçki müşahidәsi fәaliyyәtininin aparılması ilә bağlı tövsiyәlәr verәcәk”.

APA