XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

27 Avqust 2016 - 15:37

Milli Məclisin nümayəndə heyətiTürkiyədə səfərdədir

Dünən İstanbulda dünyanın ən enli asma körpüsünün istifadəyə verilməsi ilə bağlı rəsmi açılış mərasimi olub. Mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Milli Məclisin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin komitə sədri, Türkiyə ilə  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər daxildir.

Mərasimdə həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, parlamentin sədri İsmail Kahraman, Türkiyənin on birinci Prezidenti Abdulla Gül, sabiq Baş nazir Əhməd Davudoğlu və digər şəxslər də çıxış ediblər. 

Çıxışlarda AKP hakimiyyəti dövründə Türkiyənin əldə etdiyi nailiyyətlərdən, ölkədəki ictimai-siyasi vəziyyətdən, Yavuz Sultan Səlim körpüsünün istifadəyə verilməsinin əhəmiyyətindən, perspektiv layihələrdən və digər məsələlərdən bəhs olunub.
İstifadəyə verilən dünyanın ən enli asma körpüsü AKP hakimiyyətinin əldə etdiyi böyük uğurlar sırasında olduğu diqqətə çatdırılıb.
 
Qeyd edək ki, nümayəndə heyətimizin Türkiyəyə səfəri bu gün başa çatır.