XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Avqust 2016 - 17:39

Elmar MəmmədyarovGürcüstana gedir

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov avqustun 29-da Gürcüstana rəsmi səfər edəcək.

Trend bu barədə Gürcüstan KİV-ə istinadən xəbər verir.

Gürcüstan mətbuatının yazdığına görə, E.Məmmədyarov səfər çərçivəsində ölkənin baş naziri Georgi Kvirikaşvili, parlament sədri David Usupaşvili və xarici işlər naziri Mixail Canelidze ilə görüşəcək.

E.Məmmədyarov səfər zamanı Gürcüstan və Azərbaycan arasında ikitrəfli və çoxtərəfli əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparacaq.