XƏBƏR LENTİ

18 Noyabr 2019

Digər Xəbərlər

23 İyul 2015 - 11:55

ADP sədri səfirə məktub yazdı – Mətn

ADP Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, cənab İsmail Alper Coşkuna başsağlığı məktubu göndərib.

Strateq.az xəbər verir ki, məktubda 20 iyul tarixində Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda Amara Mədəniyyət Mərkəzinin həyətində terror hadisəsi nəticəsində çoxsaylı insan ölümü və bu hadisədən sonra da insan tələfatı ilə nəticələnən terror hadisələri ilə bağlı qardaş Türkiyə xalqına başsağlığı verilir.

Azərbaycan Demokrat Partiyasının terroru şiddətlə qınadığı, dünyanın harasında olursa-olsun dinc insanların zərər görməsini, həyatlarını itirməsini lənətlədiyi ifadə edilib.

Məktubda terror hadisəsi zamanı faciəli şəkildə həlak olan insanların yaxınlarına və əzizlərinə Allahdan səbr dilənilib, qardaş Türkiyə xalqının bir daha bu cür dəhşətli faciələrlə üzləşməyəcəyinə ümidlər ifadə edilib.