Müsavat Partiyası sentyabr ayında mitinq keçirməyi planalşdırır.
Bunu Turan-a partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib. Artıq Mitinq Komitəsi yaradılıb. Onun sözlərinə görə, aksiyanın günü və saatı hələ müəyyən edilməyib: "Yaxın vaxtlarda müəyyən ediləcək. Etiraz aksiyası ölkə Konstitusiyasına nəzərdə tutulan dəyişikliklərə qarşı yönəlib".
Xatırladaq ki, hakimiyyət referendumda təşviqat aparmaq üçün Müsavat Partiyasının təşviqat qrupunu qeydiyyata almayıb.