XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 August 2016 - 13:52

Azərbaycan Rusiya paralimpiyaçılarına görəlisenziyalardan imtina etdi

Gənclər və idman naziri Azad Rəhimov Rusiya yığmasının Rio-de-Janeyroda keçiriləcək Paralimpiya Oyunlarına buraxılmamasını düzgün hesab etmir.

Trend-in məlumatına görə, nazir qeyd edib ki, onların lisenziyalarını məlum olmayan qaydalarla digər ölkələrin idmançıları arasında bölüşdürüblər.

O əlavə edib ki, Azərbaycan da bu səbəbdən əlavə 3 lisenziya alıb: “Lakin bu lisenziyaları qazanmadıq. Lisenziya qazanmamış idmançı Olimpiadada necə iştirak edə bilər?”

A.Rəhimov bu məsələ üzrə məhkəmənin qərarı olmadığını deyib.