XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

31 Avqust 2016 - 16:06

Ştaynmayer:"ATƏT XİN başçıları Dağlıq Qarabağı müzakirə edəcəklər"

ATƏT Xarici İşlər Nazirlərinin qeyri-formal Şurasında aktual gündəmin bütün məsələlərinin müzakirə ediləcəyi planlaşdırılır.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer deyib. Görüş sentyabrın 1-də Potsdamda keçiriləcək.

Onun sözlərinə görə, dünyanın bürüyən indiki böhran vəziyyətində ATƏT-in rolu heç vaxt olmadığı qədər mühümdür: "Bura Ukraynanın şərqi, Dnestryanı, Dağlıq Qarabağ və Avropadakı digər böhran vəziyyətləri aiddir".

Nazir qeyd edib ki, Almaniya nümayəndə heyəti Potsdamda bütün bu vacib mövzuları, eləcə də beynəlxalq terrorçuluq və qaçqınlar məsələlərini müzakirə etməyi planlaşdırır.