XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

31 Avqust 2016 - 16:20

Türkiyə-İsrail münasibətlərinin normallaşmasına dair müqavilə təsdiqlənib –Ərdoğan tərəfindən

erdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə münasibətlərin normallaşmasına dair imzalanmış müqaviləni təsdiqləyib.

Bu barədə “Hürriyet” xəbər yayıb.

Müqavilədə göstərilir ki, “Mavi Mərmərə” gəmisində öldürülən Türkiyə vətəndaşlarının ailələri üçün nəzərdə tutulmuş 20 milyon dollarlıq təzminat müqavilə qüvvəyə minəndən sonra 25 gün ərzində ödəniləcək. Həmçinin bildirilir ki, “Mavi Mərmərə” olayı ilə bağlı İsrailli dövlət adamları və hərbçilərə qarşı Türkiyədə açılmış cinayət işləri ləğv olunacaq. Bununla yanaşı, hər iki ölkənin qarşılıqlı olaraq səfirlər təyin edəcəyi gözlənilir. (APA)