XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 August 2016 - 17:14

Moskvada Qarabağ münaqişəsi ilə bağlıməsləhətləşmələr aparılacaq

Sentyabrın 8-də Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk qrupunun iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı plan üzrə məsləhətləşmələr aparılacaq.

Trend-in xüsusi müxbirinin məlumatına görə, Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, görüşdə əsas diqqətin mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əldə edilən razılaşmaların reallaşdırılmasının gedişinə ayrılması gözlənilir.