XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2015 - 11:14

Qulamhüseyn Əlibəylinin namizədliyini irəli sürəcəyi dairə müəyyənləşib
Bir neçə aydan sonra Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Artıq bir sıra partiya və qurumlar seçki ilə bağlı öz planlarını açıqlayıb. Aydınlar Partiyası da qarşıdan gələn parlament seçkilərində iştirakını artıq uzun müddətdir ki, bəyan edib.
Partiyanın sədri Qulamhüseyn Əlibəyli Moderator.az-a açıqlamasında seçkilərdə iştirak edəcəyi dairənin adını açıqlayıb: “Bizim partiya bu seçkiyə “Azadlıq – 2015” seçki blokunun tərkibində qatılır. Partiyamızın digər namizədləri də bu blokun adından iştirakçı olacaq. Hazırda seçkilərdə iştirak edəcəyimiz dairələrin müəyyən olunmasında son araşdırma işləri gedir, artıq bir çox dairələrdən namizədlərimiz məlumdur. Mən bu seçkidə 69 saylı Cəlilabdad – Masallı – Biləsuvar dairəsindən partiyamız və “Azadlıq – 2015″ seçki blokunu təmsil edəcəm.”