XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2015 - 15:23

Davudoğlu Kılıçdaroğluna təşəkkür etdi

kilicdaroglu-yeni.jpg

Türkiyə baş naziri Əhməd Davudoğlu bu gün keçirdiyi mətbuat konfransında CHP başqanı Kamal Kılıçdaroğluna təşəkkür edib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir CHP-dən başqa Suruçdakı məlum olayla bağlı çağırışına heç bir partiyadan cavab ala bilmədiyini deyib:

«Günlərdir Suruç olayları ilə bağlı bütün partiyalara çağırış edirəm ki, gəlin, terrora və zorakılığa qarşı ortaq bəyanat yayaq. Amma CHP-dən başqa heç birindən cavab ala bilmədik. Buradan Kamal Kılıçdaroğluna təşəkkür edirəm. Ondan başqa hamı çağırışımıza qulaqlarını tıxadı. Suriya və İraqda nəyin baş verməsinə baxmayaraq, Türkiyənin təhdid altında qalmasına imkan verməyəcəyik. Prosesləri səbrlə izləyən 78 milyon vətəndaşımıza da bildiririk ki, bütün lazımi tədbirlər görülür və görüləcək».