XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

01 Sentyabr 2016 - 18:39

Valeh Ələsgərov:"Azərbaycan onun ərazi bütövlüyünü tanıyan hər bir ölkə ilə əməkdaşlığa hazırdır"

Polşanın paytaxtı Varşavada Mərkəzi və Şərqi Avropanın 12 ölkəsinin parlament rəhbərlərinin görüşü keçirilib.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanı Milli Məclis aədrinin müavini Valeh Ələsgərov təmsil edib.

Tədbirdə Avropa İttifaqının dirçəlişi, Mərkəzi və Şərqi Avropada regional əməkdaşlıq, bölgə ölkələri arasında çoxtərəfli əlaqələrin inkişafına milli parlamentlərin töhfəsi mövzularında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri V.Ələsgərov Azərbaycanın müstəqillik tarixi, uğurlu inkişaf yolu, multikultural dəyərlər və tolerantlıq mühiti barədə danışıb.

Avropa ölkələri ilə sıx ikitərəfli münasibətlərdən söz açan vitse-spiker Azərbaycanın enerji siyasəti və bu siyasətin Avropanın enerji təhlükəsizliyində oynadığı roldan bəhs edib. O, Azərbaycanın Gürcüstan, Türkiyə, Monteneqro, Çexiya, Ukrayna, Serbiya və başqa ölkələrdə infrastruktur, enerji, turizm sahələrində müxtəlif layihələr həyata kecirməsindən, investisiya yatırımları ilə bağlı məlumat verib və qeyd edib ki, Azərbaycan onun ərazi bütövlüyünü tanıyan və onu bərabər hüquqlu tərəfdaş kimi qəbul edən hər bir ölkə ilə əməkdaşlığa hazırdır.

V.Ələsgərov öz çıxışında Azərbaycanın və regionun inkişafına böyük maneçilik törədən mövcud təhdidlər barədə də danışıb. Bildirib ki, Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətrafyanı rayon işğal olunub, etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə insan öz doğma yurd-yuvalarından didərgin düşüb, ölkənin 20% torpağı zəbt edilib. V.Ələsgərov Ermənistanın bu işğalçılıq siyasətini regional inkişafa əsas təhlükə kimi dəyərləndirib.

Səfər çərçivəsində Milli Məclis sədrinin müavini Polşa Seyminin sədr müavini Ryszard Terlecki ilə görüşüb.

Görüş zamanı vitse-spiker Varşavada belə bir tədbirin təşkili və dəvətə görə Polşa tərəfinə öz təşəkkürünü bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın və parlamentlərarası əlaqələrin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, bölgədə cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılıb.

Tədbirlərdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da iştirak edib.