XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2016 - 13:46

AŞPA referendumu izləmək üçün nümayəndə heyəti göndərəcək

Avropa-Ittifaqi-16-7

“26 sentyabrda Ümumxalq səsverməsini (referendum) izləmək üçün Avropa Şurasına və Avropa Şurası Parlament Assambleyasına (AŞPA) Azərbaycan tərəfindən dəvət məktubu göndərilib”.

Bu barədə Modern.az-a açıqlamasında deputat Asim Mollazadə məlumat verib.

Deputat bildirib ki, referendumda iştirak edəcək AŞPA parlamentariləri müşahidəçi statusda olacaq: “Azərbaycana gələcək AŞPA deputatları referendumda müşahidəçi olacaqlar.

Referendumu müşahidə üçün digər Avropa dövlətlərinin parlamentlərindən də deputatlar gələcək”.

Asim Mollazadə Amerika və İsraildən deputatların referendumu izləyəcəkləri barədə hələ ki  dəqiq məlumatın olmadığını deyib.