“Kremldə Özbəkistan prezidenti İslam Kərimovun sağlamlıq durumu ilə bağlı xəbər yoxdur”.
Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
"Hələlik heç bir məlumatımız yoxdur. Mənbələrin xəbərlərinə istiqamətlənməyi mümkün hesab etmirik. Hesab edirik ki, yalnız Daşkənddən daxil olan rəsmi məlumat birinci mənbə hesab oluna bilər", – deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, "Reuters" agentliyi Özbəkistan prezidentinin öldüyü barədə məlumat yayıb. Rəsmi Daşkənd isə hələlik İslam Kərimovun ölüm xəbərini təsdiqləməyib. (APA)