“Qərb hələ də problemin siyasi həllini axtarır”
ABŞ dövlət katibi Con Kerri bu gün Misirdə mətbuata açıqlamasında deyib ki, ABŞ son nəticədə Suriya prezidenti Əsədlə danışıqlar aparmalı olacaq.
Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, onun danışığında ənənəvi “Əsəd rejimi tamamilə qeyri-legitimdir və o, hakimiyyətdən getməlidir” replikası olmayıb.
Yerli müşahidəçilər bəzi mövqe yumşalmalarını bölgədəki yeni təhlükə – İŞİD ekstremistləri ilə əlaqələndirirlər.
Kerri deyib: “Qərb hələ də problemin siyasi həllini axtarır və əminəm ki, müttəfiqlərimizin və digər ölkələrin Əsədə təzyiqi artacaq”.