Rusiya Prezidenti Vladimir Putin Özbəkistanın mərhum prezidenti İslam Kərimovun dəfninə gərgin iş qrafiki səbəbindən qatıla bilməyəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında deyib.
“Gərgin iş qrafikinə görə getməyəcək. Şərq İqtisadi Forumunun (Vladivostokda) plenar iclasında iştirak etməyə bilməz. Burdan Səmərqəndə 7 saat uçmaq vaxt baxımından mümkün deyil. Müxtəlif variantlar hesablamışıq”, – Peskov bildirib.
Qeyd edək ki, İslam Kərimovun dəfn mərasimində Rusiya nümayəndə heyətini baş nazir Dmitri Peskov təmsil edəcək. (Müsavat)