XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

03 Sentyabr 2016 - 14:43

Bəşər Əsəd və Ərdoğan Moskvada görüş keçirəcək –Putinin vasitəçiliyi ilə

Erdoğan

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın dövlət başçısı Bəşər Əsəd Moskvada görüşə bilər.

 Bu barədə Livanda çıxan "Əs-Səfir" qəzeti məlumat yayıb.

Xəbərdə bildirilib ki, görüş Rusiya prezidenti Vladimir Putinin müşayiəti ilə keçiriləcək. 

Məlumata görə, tərəflər arasında görüş barədə razılıq Ərdoğanın Moskvaya səfəri zamanı əldə edilib. Vasitəçiliyi isə Rusiya prezidenti Vladimir Putinin etdiyi qeyd olunub.

Xəbərdə vurğulanıb ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının sədri Hakan Fidan sentyabrın 10-da və ya 15-də Ərdoğanla Əsədin görüşünün detallarını müzakirə etmək məqsədilə Dəməşqə səfər edəcək.  (Report)