XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 September 2016 - 21:15

Qondarma “erməni soyqırımı”nın Almaniya fiaskosu və ya ermənilərin sifətində partlayan “dost şilləsi” –Türkiyənin böyük qələbəsi

Erdoğan a

Son günlər erməni KİV- lərində Almaniyanın qondarma erməni genosidi barədə mövqeyi ətrafında müzakirələr qızışıb. 

Məlumdur ki, bu yaxınlarda  Almaniya parlamenti antitürk və anti- Ərdoğan kampaniyası gedişində Türkiyənin guya erməni xalqına qarşı genosiddə təqsirli olduğunu qeyd edən  sənəd  qəbul etmişdi və bu ermənilər tərəfindən Almaniyanın genosidi tanıması kimi tarixi qələbə kimi elan olunmuşdu. 

Bu sənədin Türkiyə ilə münasibətlərə xələl gətirməməsi naminə Almaniya hökuməti tərəfindən addımlar atılır.

Mətbuatın verdiyi xəbərə görə  Bundestaqın qəbul etdiyi məlum  sənədin yalnız  siyasi deklarativ xarakter daşıdğı və Almaniya hökumətinin qərarı ilə təsdiqlənməyənə qədər hüquqi əhəmiyyətə malik olmadığı barədə xəbərlər Ermənistan ictimaiyyətində pərtlik yaradıb. 

Bundan başqa, Türkiyə Almaniya hökumətindən məsələyə rəsmi mövqe bildirməyi tələb edib və və bir sıra ikitərəfli əlaqə problemlərinin həllini, məsələn  Bundestaq üzvlərinin NATO- nun İncirlikdəki hərbi bazasını ziyarət etmələrini bu şərtə bağlayıb.

Almaniya kansleri Angela  Merkel və xarici işlər naziri Volfqanq Ştaynmayer qondarma “erməni soyqırımı” barədə parlament sənədinin qəbul edilməsini əvvəldən “heç də yaxşı olmayan ideya” kimi dəyərləndirsələr də, həmin vaxt Almaniya cəmiyyətində yayılan  anti-Türkiyə ovqatı qarşısında bu sənədin qəbul edilməsinə qarşı çıxmağa cəsarət etməmişdilər.

“Der Şpigel” jurnalının məlumatına görə, hazırda  Alman hökumətində bu üzdəniraq sənəddən necə can qurtarmağın yolunu tapıblar. 

Merkelin və Ştaynmayerin alman ictimai rəyində “Ərdoğanın qarşısında diz çökdülər” ittihamı ilə qarşılaşmamaq üçün qondarma genosid haqqındakı parlament bəyannaməsinin hökümətin rəyini ifadə etmədiyi və hüquqi əhəmiyyət daşımadığı barədə açıqlamanı hökümət sözçüsü Ştefan Zaybert edib.

Gözlənilən bu açıqlamadan təşvişə düşən rəsmi Ermənistan təbliğatının alman hökümətinin mövqeyini dəyişmədiyi barədə hay-küylü kampaniyaya  başlaması bununla əlaqələndirilir.

Ermənilərin Almaniyadakı Mərkəzi şurasının nümayəndəsi Samuel Lülükyan “Rheinische Post” qəzetinə verdiyi müsahibədə Berlinin mövqeyini sərt surətdə tənqid edib və bunu rəzalət adlandırıb. O, Almaniya hökumətini “sözlə oynamaqda” günahlandırıaraq, “erməni soyqırımı” ilə bağlı sənədin hansı səbəbdən hüquqi qüvvəyə malik olmadığını sual edib.

Alman-erməni cəmiyyətinin sədri Raffi Kantyan da eyni mövqedən çıxış edib.

Raffi Kantyan hökumətin bu mövqeyindən sonra federal torpaqların da (Landtaq, əyalət-red.) qətnamənin “soyqırım”ın orta məktəblərdə tədris edilməsini tövsiyyə edən müddəalarına əməl edəcəklərinə şübhə ilə yanaşdığını bildirib.

Onun sözlərinə görə, “soyqırım” barədə dərslər sadəcə Brandenburq federal torpağında keçirilir.

Türkiyə rəsmiləri isə Almaniya hökumətinin mövqeyini təqdir edib.

Türkiyənin Almaniyadakı səfirliyinin nümayəndəsi Refik Soğukoğlu Zaybertin “genosidə parlamentin deyil, məhkəmələr tərəfindən qiymət verilməsi” sözlərini yüksək dəyərləndirdiklərini söyləyib.

Müsavat.com