XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

05 Sentyabr 2016 - 15:32

Hüquq müdafiəçiləri Avropa Şurasının baş katibinə üz tutdular:Referenduma rəy verilməsi xahişiylə

yaqland

Azərbaycanın bir qrup hüquq müdafiəçisi Avropa Şurasının baş katibi Tornbern Yaqlanda Azərbaycanda Konstitusiyaya təklif olunan düzəlişlərə hüquqi qiymət vermək çağırışı ilə məktub ünvanlayıb. (Turan İA)

"Ofisinizi Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklər və planlaşdırılan referendumun Avropa Şurasının standartlarına uyğunluğu ilə bağlı Venesiya Komissiyasının rəyini almaq üçün təşəbbüs irəli sürməyə çağırırıq. Hesab edirik ki, təklif olunan düzəlişlərin bəziləri Avropa Şurasının demokratiya, insan hüquqları və qanunun aliliyi kimi təməl prinsiplərinə ziddir. Bu düzəlişlərin qəbul edilməsi ölkədə demokratiya defisitini daha da artıracaq, dövlət hakimiyyəti orqanları arasında səlahiyyətlər tarazlığını pozacaq və hakimiyyətin prezidentin əlində cəmləşməsinə gətirib çıxaracaq", – deyə müraciətdə qeyd edilir.

Məktub müəllifləri qeyd edirlər ki, vətəndaşlar referendumun nəticələri haqqında məlumatlandırılmalıdır. “Biz israrla təcili Venesiya Komissiyasının rəyini istəməyinizi xahiş edirik. Bu rəyin Azərbaycan Konstitusiyasının, Azərbaycanda insan hüquqları və qanunun aliliyinin müdafiəsində həlledici əhəmiyyəti olacaq”, – deyə İntiqam Əliyev (Hüquqi Maarifləndirmə Cəmiyyəti), Emin Hüseynov (Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu), Rəsul Cəfərov (İnsan Hüquqları Klubu), Anar Məmmədli (Seçkilərin Monitorinqi Mərkəzi), Leyla Yunus (Sülh və Demokratiya İnstitutu) tərəfindən imzalanmış müraciətdə qeyd edilir.

2016-cı il iyulun 18-də prezident İlham Əliyev “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi haqqında” referendum aktı layihəsi haqqında fərman imzalayıb. Konstitusiya Məhkəməsi iyulun 25-də referendumun keçirilməsinə razılıq verib, bundan sonra prezident Əliyev referendumu 26 sentyabr 2016-cı ilə təyin edib.