XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 00:10

“İndidən Bakıdan Vatikana mesaj göndərilməlidir” –Politoloqdan Papanın gəlişinə reaksiya

elxan-sahinoglu-esas

Xəbər verdiyimiz kimi, Roma Papası sentyabrın 30-da Azərbaycana gələcək.

Vatikandan verilən açıqlamaya görə, Roma Papası Fransiskin Azərbaycana səfəri “Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək. Halbuki, Roma Papası iki ay əvvəl Ermənistana getmiş, orada “soyqırım” abidəsini ziyarət etmiş, “soyqırım olub” demiş, üstəgəl İrəvanda bizi qıcıqlandıran “Azərbaycana gedərkən orada Ermənistanda gördüyüm həqiqətlər barədə danışacağam və deyəcəyəm ki, kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur” fikirini dilə gətirmişdi.

Beləliklə, o zaman erməniləri gözlədiklərindən də çox məmnun edən Roma Papası indi Bakıda “hamınız qardaşıq” açıqlamasıyla bizə nə demək istəyir?

Strateq.az xəbər verir ki, bununla bağlı açıqlama verən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, əgər Roma Papası bununla Azərbaycanda bütün dinlərin və millətlərin sülh və həmrəylik şəraitində yaşadığına işarə edirsə, çox sağ olsun, yox, əgər işğalın davamına rəğmən, bizə ermənilərlə “qardaş” olmağa səsləyirsə, onda indidən Bakıdan Vatikana qarşılıqlı mesaj göndərilməlidir:

"Həmin mesajda açıq bildirilməlidir ki, Roma Papasının çıxışının mətninə göz gəzdirsinlər".

Politoloq onu da deyib ki, Azərbaycana Roma Papası ilk dəfə deyil gəlir: "Keçmiş Papa bizə nə hansısa “şüarla” ağıl öyrədirdi, nə də bizə Qarabağı unutmağı tövsiyyə edirdi…".

Strateq.az