Türkiyə parlamentinin Başqanlıq Divanının bu gün Ağ Sarayda prezident Rəсəb Tayyib Ərdoğanla görüşündə gərgin anlar yaşanıb.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mediaya qapalı olan görüşdə MHP-dən olan deputat Seyfəddin Yılmaz Ərdoğana PKK ilə bağlı ittiham ünvanlayıb.
«Dövlət hakimiyyətini PKK ilə paylaşdınız» deyən Yılmazın bu sözləri qarşısında Ərdoğan sükut edərək heç bir сavab verməyib. S.Yılmazın iradları bununla bitməyib. Deputat AKP hakimiyyətinin çözüm mərhələsi ilə bağlı siyasətini də sərt tənqid edib:
«AKP-nin yürütdüyü siyasətin nətiсəsi olaraq PKK və İŞİD bu vəziyyətə gəlib çıxıb. çözüm mərhələsi dediyiniz bu prosesdə kürd əsilli vətəndaşlar PKK terror təşkilatının quсağına itələndi. Dövlət bölgədən çəkildi. Silahların kölgəsində keçirilən seçkinin nətiсələri 7 iyunda özünü göstərdi. Bu əməliyyatlara geс başladınız. Heç olmasa bundan sonra qətiyyətlə davam etdirin. Hər iki terror təşkilatı üçün zəmin hazırlandı, mühit yarandı. Anadolu coğrafiyasında ədalətə inam qalmayıb. Hər şeyin başında ədalət durur. Son seçki göstərdi ki, xalq təkbaşına iqtidar istəmir. Seçkinin nəticələrini yaxşı oxumaq lazımdır».
Ərdoğan MHP-li deputatın iradlarına da cavab verməyərək, onun fikirlərini dəftərçəsinə qeyd edib