XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 16:16

Əli Kərimli “Azadlıq”la bağlı xalqa səsləndi:"Redaksiyaya kömək edin!"

kerimli-3

AXCP sədri Əli Kərimli “facebook” səhifəsində “Azadlıq” qzəetinin çap variantının fəaliyyətini dayandırılmasına münasibət bildirib və bunu "azad mətubata qarşı basqı" kimi dəyərləndirib. Eyni zamanda o, vətəndaşları "Azadlıq"a yardım etməyə çağırıb. Əli Kərimlinin müraciətində deyilir:

“Hökumət bütün gücü ilə ölkədə azad mətbuatın son qalası olan “Azadlıq” qəzetinin üstünə gəlir. Qəzetin siyasət şöbəsinin müdiri Seymur Həzi və yayım direktoru Faiq Əmirli həbs edilib, bir çox əməkdaşları həbs və döyülmələrdən sonra mühacirətə getməli olub. Təkcə dünən və bu gün qəzetin daha 3 əməkdaşı- redaktor Sücəddin Şərifli, jurnalistlər Xəyal Babayev və Vidadi Məmmədov istintaqa çağrılıb. Hələ 2-3 il bundan qabaqdan (manatın yaxşı vaxtlarında) “Qasid” dövlət yayım şirkəti redaksiyanın qəzet sataraq qazandığı 70 min manat pulu verməyib, qəzetin yayımına ağlasığmaz əngəllər yaradılıb və ümid ediblər ki, bu qədər iqtisadi təzyiq və repressiyadan sonra nəhayət, bu qəzet öz fəaliyyətini dayandırar, ancaq arzuları gözlərində qalıb, mübariz kollektiv davam etmək iradəsini ortaya qoyub. Və bütün bunları gördükdən sonra hökumət maskasını çıxarıb, qəzeti açıq zorakılıqla bağlamaq qərarına gəlib. “Azadlıq”ın  alın təri ilə, qəzet sataraq əldə etdiyi və hazırda bank hesabında olan pulu götürüb, nəşriyyata olan borcunu ödəməsinə imkan vermirlər. Deyirlər ki, pulu bankdan yalnız Faiq Əmirli götürə bilər, onu da həbs ediblər. Redaksiyanın bu vəzifəni başqasına tapşırmasına da imkan vermirlər və artıq bəhanəsiz – filansız elan edirlər ki, qəzeti birdəfəlik dayandırmaq istəyirik.

Əziz həmvətənlər, son illərdə “Azadlıq” qəzetinin bağlanması təhlükəsi haqda çox eşitmisiniz. Bəziləriniz üçün bu mövzu artıq adiləşib də. Zatən, hökumətin istədiyi də budur. Ancaq siz “Azadlıq” qəzetinin ölkəmiz üçün necə bir sərvət olduğunu həbsdə, darda, çətinlikdə olanlardan soruşun. “Azadlıq” qəzeti çarəsi tükənmiş minlərlə insanın harayını cəmiyyətə duyurmaq üçün üz tutacağı sonuncu ünvandır. “Azadlıq” qəzeti hər birimizin ehtiyac duyduğumuz bir udum azadlıq havasıdır. Bu ağır sınaq zamanlarında redaksiyanın azsaylı, lakin qəhrəman kollektivini tək qoymayaq. Hər birimiz düşünək ki, “Azadlıq”ı yaşatmaq üçün mən nə edə bilərəm? Heç olmasa, bu barədə yazın, xalqı məlumatlandırın, etitraz edin, vətəndaş mövqeyi nümayiş etdirin, imkanınız varsa, redaksiyaya birbaşa kömək edin”