XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 20:50

Səfir:“Yaxşı və pis gündə Azərbaycanla Türkiyə birlikdədir”

“Yaxşı və pis gündə Azərbaycanla Türkiyə birlikdədir. Azərbaycan çevrilişə cəhdin ilk dəqiqələrindən Türkiyənin yanında oldu".

APA-nın məlumatına görə, bu sözləri Türkiyəni  Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun "Xəyanətdən qələbəyə" filminin təqdimatı zamanı deyib.

O bildirib 15 iyun gecəsi ağır silahların vətəndaşlara  yönəldilməsi ilə yaşanılan  bu hadisə çox ağırdır: "Şanlı tariximizin yeni səhifəsini birlikdə izlədik. Bütün Türkiyə xalqı qarşımızda duran ortaq təhdidə qarşı çıxaraq ölkəsinə sahib çıxdı. Həmin hadisədən sonra içimizdə yerləşmiş, dərinliklərə işləmiş bir ünsürə qarşı mübarizəyə başladıq. Bu indiyə kimi Türkiyənin terrora qarşı apardığı mübarizənin ən çətini idi. Türkiyə bu təcrübədən güclənərək çıxdı. Yaxşı və pis gündə Azərbaycanla Türkiyə birlikdədir. Və bütün dünya bilməlidir ki, bu iki ölkə bir birini heç zaman tək buraxmayacaq. Türkiyə olaraq Azərbaycanla FƏTÖ-çulara qarşı birlikdə mübarizə aparmaq çox vacibdir. Biz Azərbaycanın bu günə kimi olan mübarizəsindən çox məmnunuq.  Bu sahədə də əməkdaşlığımız davam edəcək".