XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

08 Sentyabr 2016 - 10:56

Moskvada bu gün Qarabağla bağlı məsləhətləşmələr keçiriləcək

 

atet

Bu gün Rusiya paytaxtında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr  keçiriləcək.

 ATƏT-in Minsk Qrupu həmsədrləri olan İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie (Fransa) növbəti məsləhətləşmələr üçün Moskvada toplaşıblar.  Məsləhətləşmələrdə ATƏT sədrinin şəxsi köməkçisi Anjel Kaspşik də iştirak edəcək. (APA)

 Görüşdə Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması ilə bağlı aktual məsələlərin müzakirə olunacağı, mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların reallaşdırılmasının gedişatına xüsusi diqqət yetiriləcəyi bildirilib.

 Rusiya XİN-dən APA-nın Moskva müxbirinə verilən məlumata görə, həmsədrlərin bu görüşü hər il mütəmadi olaraq Vaşinqton, Paris və Moskvada keçirilən məsləhətləşmələrdən biridir. Görüşün əsas məqsədi üç ölkənin Qarabağ nizamlanması ilə bağlı səylərinin koordinasiyasıdır. Bundan başqa nazirlikdən bildirilib ki, həmsədrləri Rusiya XİN rəhbərliyi də qəbul edəcək.