Partiya toplantısında HDP sədri Dəmirtaş Ərdoğan hakimiyyətinə səslənib:
“40 illik problemin çözümünə 1 həftə qalmışdı. Nədən vaz keçdiniz? Silahlar buraxılacaqdı. Hörmətli Ərdoğan, siz silahlar buraxılacaq deyə, nədən bundan panikaya düşdünüz? Görünən budur ki, bu gün PKK dağdan enərsə, önünə keçib “enməyin”-deyəcəklər. Dövlətin başçısı PKK-nın silahları təhvil verməsinin qarşısını aldı”.
HDP-nin sədri Səlahəddin Dəmirtaş PKK-nın 3 ay içində geri çəkiləcəyini, lakin artıq bu qərardan vaz keçildiyini dedi:
“çox risqli olmasına baxmayaraq, Qəndil öcalanın fikriylə geri çəkilməyə başladı. Bunun üçün 3 aylıq bir müddət müəyyən edilmişdi. Biz bunu hökumətə demişdik, hökumət də bundan məmnun olmuşdu”.
Dəmirtaş öcalanla görüşdüyünü və geri çəkilmə əmrinin öcalandan gəldiyini deyib. Dəmirtaşın dediyinə görə, öcalan çəkilmənin çox sürətlə həyata keçirilməsini tapşırıb və “bu iş gecikməməli, dövlətlə anlaşdıq”-söyləyib. Daha sonra Dəmirtaş “çəkilmənin başlanmasından bir neçə gün keçmişdi ki, hökumətin sözçüsü Bülənt Arınç “cəhənnəmin dibinə qədər yolları var, buyursunlar istədikləri yerə çəkilsinlər”-deməsi Qəndildə şok effekti yaratdı”-deyib.
“Səmimiyyətimlə söyləyirəm, şok oldular. çünki ortada qanun yoxkən, sadəcə öcalanın sözünə güvənərək çəkilməyə başlamışdılar. Zatən çox tədirgin və güvənsiz idilər… Bizim boşaltığımız ərazilərə isə təcili olaraq dövlət qüvvələrini yerləşdirdilər”.
Dəmirtaşın sözündən belə nəticə çıxır ki, PKK sialhlıları 3 ay müddətinə geri çəkiləcəkdi, lakin hökumətin sözçüsü Bülənt Arınçın çıxışı bu prosesin barış şəraitində davamına mane olub. Bu isə Türkiyə hakimiyyətinin PKK-nın sakit şəkildə geri çəkilməsində maraqlı olmaması və PKK-ya zərbə endirməyi planlaması anlamına gəlir.
Namiq