XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

08 Sentyabr 2016 - 16:24

Arif Hacılı:“Polisdə mənə deyildi ki, Müsavatın qanunsuz aksiyalar təşkil edəcəyi barədə siqnal daxil olub”

 

arif hacili

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı Bakı Baş Polis İdarəsində olub. Onu Milli Şuranın sentyabrın 11-nə və Müsavat Partiyasının sentyabrın 18-nə təyin etdikləri mitinqlərin təhlükəsizliyi ilə söhbət etmək üçün dəvət etmişdilər. (Bastainfo)

Bir saatdan artıq davam edən görüşdən sonra Arif Hacılı Bakı Baş Polis İdarəsinin qarşısında onu gözləyən jurnalistlərə açıqlama verib.

Arif Hacılı Bakı Baş Polis İdarəsinin Təhlükəsizlik İdarəsinin rəisi Nurulla Məmmədxanlı ilə görüşdüyünü bildirib.

“Mənə deyildi ki, Müsavat Partiyası üzvlərinin guya referendum ərəfəsində lokal aksiyalar, qanunsuz piketlər, polislə qarşıdurmalar təşkil edəcəyi barədə onlara siqnallar daxil olub. Mənim müsavatçılara bundan çəkinmələri haqqında göstəriş verməyimi istədilər. Həmçinin Milli Şuranın 11 sentyabr və Müsavatın 18 sentyabr tarixinə təyin etdiyi mitinqlərə icazə veriləcəksə, həmin aksiyalarda da əsayişin qorunması barədə söhbətimiz oldu”, – Arif Hacılı bildirib.

“Cavab olaraq bildirdim ki, Müsavat Partiyası Konstitusiya və qanunlar çərçivəsində fəaliyyət göstərən bir partiyadır. Heç bir qarşıdurma planlaşdırılmır”.