XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2015 - 12:05

Ankara niyə kürdlərlə yenidən döyüşür? – Müsahibə

NATO Türkiyədən İŞİD-ə münasibətdə daha qəti addımlar tələb edir

Türk hökuməti İŞİD-lə birgə mübarizə üçün İncirlik aviabazasını amerikalılara verib.

Türkiyə İŞİD qruplaşması və kürd separatçılarına qarşı hərbi fəaliyyətin əlaqələndirilməsi üçün NATO ölkələrinin təcili toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Türkiyə HHQ İraqın şimalındakı PKK üsyançı qruplaşmasının düşərgələrinə aviazərbələr endirib. Bundan başqa, türk aviasiyası Suriyada İŞİD-in və PKK-nın mövqelərini hədəfə götürüb.

Politoloqların əksəriyyətinin güman etdiyi kimi, Türkiyə yenidən daxili vətəndaş münaqişəsinə cəlb edilsə, bu onun Quzey Atlantika koalisiyasındakı roluna çox ciddi şəkildə təsir edəcək və ola bilsin, Qərbin cihadçılarla mübarizə səylərini sarsıdacaq.

Ankara kürdlərlə niyə yenidən döyüşür?

“Beşinci mərtəbə”nin aparıcısı Mixail Smotryayev şərqşünas Yelena Suponina ilə bu barədə söhbət edir.

Mixail Smotryayev: Bu yaxınlarda sizinlə Türkiyədən söhbət açdıq, lakin o vaxtdan bəri durum dəyişilib. Bir müddət əvvəl agentliklər vasitəsilə Türkiyənin baş nazirinin İŞİD-lə mübarizə üçün Türkiyənin Suriyaya quru qoşunları göndərməycəyi haqda açıqlaması yayıldı. Biz bu imkanı müzakirə etdik və eyni fikrə gəldik ki, bu yaranmış durumda olduqca az ağlabatandır. İstirahət günərində türklərin aviahücumundan az ziyan dəydi, lakin öz kürdləri, necə lazımdır, ziyan gördülər. Onları olduqca əməlli-başlı bombaladılar. Artıq neçə illər idi ki, belə şey olmurdu. Niyə?

Yelena Suponina: Türkiyədə son dərəcə xeyli daxili iqtisadi-sosial problemlər var. Həm də bu problemlər indiyədək həll edilməyib. Hətta bu günədək hökumət də formalaşdırılmayıb. Ədalət və İnkişaf partiyası (ƏİP) iyun seçkilərini uddu, lakin koalisiya üzrə tərəfdaşlara ehtiyacı var, onları isə əldə etməyə nail ola bilmir. Ola bilsin, Cümhuriyyət Xalq Partiyası (CXP) razılaşardı, lakin Dəmirdaşın təmsil etdiyi Xalqların Demokartiyası Partiyasından (XDP) tərəfdaş dəqiq olmayacaq. Onu Türkiyə kürdlərinin lideri alandırmaq olar, lakin hamısının deyil, böyük hissəsinin. ƏİP-də başa düşüblər ki, kürdlərdən onlara yoldaş olmayacaq. Bu cür hallarda isə müharibə və yaxud antiterror əməliyyatı mövzusu baş qaldırır. Əlbəttə, təhlükə var – bütün Yaxın Şərq od tutub yanır və biz bu haqda dəfələrlə danışmışıq. İndi isə bu mövzu iki planda – İŞİD və PKK planında meydana çıxıb. ƏİP-in hökuməti formalaşdırmaqla bağlı problemi var. İctimaiyyət narazıdır, çünki sosial və iqtisadi problemlər hökumətsiz həll olunmur. Ərdoğanın populyarlığının zirvəsi arxada qalıb. O, Türkiyə üçün çox iş gördü, lakin həmişə zirvədə qalmaq olmaz. Və bu aksiyalar ona görə baş verir ki, ictmaiyyətin diqqəti yayındırılsın.

-İctmayyətin diqqətini yayındırmaq zərurəti, yoxsa ordu onun hakimiyyətdə qalma müddətini azlatmasın deyə onu nə iləsə məşğul etmək?

-Bunlar bir zəncirin həlqələridir. Ərdoğanın dönəmində hərbçilərin imkanları zəifləsə də, ordu Türkiyədə böyük rol oynayır. Hətta bəzi görkəmli hərbçilər həbsə düşdülər. Baş qərargahın bir çox zabitləri məzuniyyətdən geri çağırması təsadüfi deyil və bu, çox şeydən xəbər verir. Deyəsən, söhbət nöqtəvi antiterror əməliyyatından getmir, o daha ciddi bir şeyə, hətta Suriyanın ərazisinə keçə bilər. Suriyada hərbi-siyasi böhran qopduğu 2011-ci ildən Türkiyə orada rejimin dəyişilməsinə ümid bəsləyirdi. Lakin bu, baş vermədi, bəziləri Ərdoğanı və onun xarici işlər nazirini (indiki baş naziri) bir müddət ələ salmağa başladılar. Ola bilsin, onların bəraət qazanmaq istəyi var.

Bu, lağlağılardan qisas almaq üçün olduqca şübhəli üsuldur. Son ili nəzərdən keçirtsək, bəziləri İŞİD-ə uzun ömür vəd edir, digərləri iddia edirdilər ki, İŞİD ciddi hərbi müqavimətlə üzləşsə, dərhal dağılacaq. Lakin heç biri baş vermədi, çünki ona ciddi hərbi müqavimət göstərilməyib. Peşmərgə başqa məsələdir. NATO üzrə müttəfiqlərin dəstəklədiyi türk nizami ordusu isə başqa məsələ. Sabah baş tutası təcili toplantıya bizi gətirən nədir? Niyə qəflətən alyans üzrə yoldaşlarla öz fəaliyyətlərini əlaqələndirməkdən danışmağa başlayıblar? Doğrudanmı, kürdlərlə haqq-hesab çəkmək üçün və eyni zamanda bir qədər İŞİD-lə məsələni çürütmək üçün müttəfiqlərin köməyi lazımdır? Onlar ki öz əsgərlərini göndərməyəcəklər?

-Artıq PKK-ya zərbə endirilib və bu zərbələr getdikcə daha fəal şəkil alacaq. Bəşər Əsədin taleyinə gəlincə isə, bu, xeyli uzaq perspektivdir, lakin görünə biləcəyi qədər də yox. Suriyanın qonşularının Əsədlə, yoxsa İŞİD-lə daha tez məşğul olmaq barədə mübahisələri davam edir. Rusiyanın İŞİD-ə qarşı Bəşər Əsədlə əməkdaşlıq etmək, həmçinin türk hökumətinin olduqca ehtiyatlandığı kürdlərin iddialarını məhdudlaşdırmaq təklifi var. Türklər təkcə PKK-dan deyil, həm də milli özünüdərkin artmasından qorxurlar. Lakin Ərdoğan özü üçün qərar qəbul edib və Əsədlə əməkdaşlıq etməmək barədə prezident Putinlə olduqca güclü fikri ayrılıqları var və ən yaxın müddətdə belə bir əməkdaşlıq olmayacaq. NATO-da konsultativ görüş isə ona görə lazımdır ki, Türkiyənin kürdlərə qarşı əməliyyatı anlaşılmazlıq doğurub. Son zamanlar alyansda Türkiyəni İŞİD-lə mübarizə koalisiyasına kifayət qədər qoşulmadığına görə ehtiyatla tənqid edirdilər. Türkiyə yalnız son günlərdə İŞİD-ə raket-bomba zərbəsi endirilməsi üçün öz bazasını amerikalılara verdi. Türkiyə ancaq indi-indi bu mübarizəyə həvəssiz qoşulur.

Türkiyə ilə Suriya arasındakı sərhəd Suriya ərazisində və yaxud İŞİD-in tərəfində fəaliyyət göstərmək istəyən yaraqlılar üşün şəffaf idi. Varvara Karaulovanın əhvalatını yada salın. O ancaq Rusiyada qopmuş səs-küyün sayəsində sərhədi keçə bilmədi. NATO-da İŞİD-ə qarşı Türkiyədən tamam başqa hərəkət gözləyirdilər, kürdlərə qarşı fəaliyyət isə hazırda narazılıq doğurub və Türkiyənin izahat verməyi zəruridir.

–Amerikalılar artıq bu ruhda fikir bildiriblər ki, “Biz bunu alqışlamırıq, lakin ölkə öz daxilindəki sabitsizlk yaradan qüvvələdən qorunmaq haqqına malikdir”. Yəqin ki, sabah həm də İŞİD-ə qarşı Türkiyənin rolunu necə gücləndirməkdən də söhbət gedəcək. Biz keçən dəfə Ankaranın baxış nöqtəsindən yanaşmağa cəhd etdik – hansı pisdir: öz kürdlərin, yoxsa yad “xilafətçilər”? Hansısa dəyişikliklər baş veribmi, Ankara İŞİD-i daha ciddi şəkildə qavramağa başlayıbmı? Yoxsa əvvəlcə Əsəd, sonra kürdlər? Sonra isə əl çatsa, İŞİD?

-Türkiyənin güneyindəki teraktdan sonra İŞİD təhlükəsi daha qabarıq görünür, lakin Türkiyə üçün kürd problemi həmişə daha ağrılı olub. Burada söhbət dövlətin bütövlüyündən gedir. Türkiyədə 15 milyona yaxın kürd var. Hətta nisbətən loyal olanlar da Türkiyə ərazisində müstəqil dövlətin yaranması imkanlarndan danışırlar. Bu, uzaq gələcəyin işidir, lakin axı kürdlər İraqın quzeyində, demək olar, müstəqilliyə yaxınlaşıblar, Suriyada nə hökumətin, nə də İŞİD-in girməyə cürət etdiyi xeyli əraziyə nəzarət edirlər. Bu, Türkiyə üçün çox təhlükəlidir. Türklər son zamanlar hətta İraq və Suriya ərazisində fəaliyyət göstərən radikal cihadçılarla dilxoşluq etməyi də özlərinə caiz bilirdilər. Kürdlərə isə həmişə şübhə ilə yanaşıblar. Və hazırda bu, tam şəkildə üzə çıxıb.

-İŞİD-lə dilxoşluq nə qədər uzun çəkəcək? Baş verə biləcək fəlakətin miqyasını Ankarada anlayırlarmı?

-Hazırda NATO Türkiyədən İŞİD-ə münasibətdə daha qəti addımlar tələb edir. Türkiyədə kürdlərin dalınca deyinirlər – bəzi məlumatlara görə, bəzən çox güclü olmasa da, zəruri özünümüdafiənin hədləri aşılır. Türkiyə daha qətiyyətli hərəkət edəcək, lakin əvəzində nəsə tələb edir. Məsələn, Suriyada cihadçıların qovulacağı ərazilər üzərində uçuşsuz və bufer zonaların yaradılması. Bu, Əsədin həm kürdlərlə, həm də terrorla mübarizəsinə bağlı problemdir. Payıza doğru lap maraqlı olacaq.

BBC.com, 27.07.2015