XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

09 Sentyabr 2016 - 18:04

Vitse-prezidentdən açıqlama:"Azərbaycanda keçiriləcək referendumun nəticəsinə hörmətlə yanaşacağıq"

ricard

"Düşünürəm ki, tək iqtisadiyyat deyil, digər sahələrdə də biz Azərbaycanla daha yaxından əməkdaşlıq etməliyik".

Strateq.az xəbər verir ki, bunu BAXCP sədri Qüdrət Həsənquliyevin dəvəti ilə Azərbaycanda səfərdə olan Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetski deyib.

Riçard Çarnetski Azərbaycana səfərindən məmnun qaldıqlarını da vurğulayıb: "BAXCP sədri Qüdrət Həsənquliyevin dəvəti ilə Azərbaycandayıq. BAXCP bizim Azərbaycandan olan siyasi tərəfdaşımızdır. Bu, mənim Azərbaycana ilk səfərim deyil. İlk səfərim 1999-cu ildə olub. Artıq 12-ci dəfədir, Azərbaycana gəlirəm. Bu dəfə çox vacib referendum öncəsi gəlmişik. Hazırda qarşıdan gələn referendumla bağlı çox məlumatımız var. Bu gün ölkə başçısı İlham Əliyevlə, Ali Məhkəmənin sədri və bir çox başqa rəsmi şəxslərlə görüşdük. Onu deyə bilərəm ki, referendumun nəticəsinə tam hörmətlə yanaşacağıq, bizim üçün ən vacib olanı Azərbaycan xalqının seçimidir".

R. Çarnetski onu müşayiət edən italiyalı və polşalı həmkarları üçün bunun Azərbaycanla ilk tanışlıq olduğunu qeyd edib: "Bu səfər onlar üçün də Azərbaycan haqqında məlumat almaq baxımından çox əhəmiyyətli olub".