REAL Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli həbsdən azad olunub.
Bu barədə onun vəkili Cavad Cavadov məlumat yayıb.
Prokurorluq N.Cəfərlinin barəsində həbs-qətimkan tədbirinin ləğv edilmısi haqda təqdimat verib.
Nəsimi rayon məhkəməsinin qərarı ilə prokurorluğun vəsatəti təmin edilib. N.Cəfərli məhkəmə zalından azad edilib.