XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

10 Sentyabr 2016 - 16:23

Sentyabrın 14-dən referendumla əlaqədar bülletenlərDairə Seçki Komissiyalarına paylanılacaq

Sentyabrın 14-dən referendumla əlaqədar seçki bülletenlərinin Dairə Seçki Komissiyalarına paylanılmasına başlanılacaq.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən növbəti iclasında çıxış edən MSK sədri Məzahir Pəhanov bildirib.

Onun sözlərinə görə, referendumu müşahidə etmək üçün dairələrdə artıq 46569 müşahidəçi qeydə alınıb.

M.Pənahov qeyd edib ki, dairələrdə müşahidəçilərin qeydiyyatı davam edir və bu, referenduma 5 gün qalana qədər davam etdiriləcək.

M.Pənahov deyib ki, referendumu izləmək üçün MSK-da 1057 müşahidəçi qeydiyyatdan keçib. Onların 777-i QHT nümayəndələridir.

Bildirilib ki, seçki günü müşahidəçilərin müraciətlərinə dərhal münasibət bildirilməlidir.