XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

11 Sentyabr 2016 - 16:32

18 ölkənin 2 ildə edə bilmədiyini Türkiyə 2 həftədə etdi –“Fərat Qalxanı” milad oldu (Foto)

tank

Amerikanın 18 ölkə ilə bir olub 2 ildə edə bilmədiyini Türkiyə yalnız 2 həftədə reallaşdırdı.

 Türkiyənin İŞİD-ə qarşı başlatmış olduğu “Fərat Qalxanı” əməliyyatı artıq ikinci həftəsində Suriyanın şimalındakı xəritəni dəyişdirib.

Bu əməliyyat dünyaya İŞİD-lə necə mübarizə aparılacağını sübut etdi

İŞİD-ə qarşı mübarizə bu vaxta kimi tam olaraq aparılmırdı. Belə ki, İŞİD-dən azad edilən ərazilər sonradan PYD-nin əlinə keçirdi. Amma Türk Silahlı Qüvvələrinin apardığı “Fərat Qalxanı” əməliyyatı nəticəsində Cerablus İŞİD-dən azad edildi və həmin ərazilərdə PYD deyil, suriyalı müxaliflər yerləşdirildi. 

Suriyalılar evlərinə geri qayıtdı

Dünya ölkələrinin bu günə kimi İŞİD-ə qarşı apardığı mübarizə suriyalı qaçqınların rihafı baxımından heç də müsbət nəticələr verməyib.  Amma “Fərat Qalxanı” əməliyyatının nəticəsində onlar qoyub getmək məcburiyyətində qaldıqları evlərinə qayıtmağa başladılar.

5 min mülki şəxs qətl edildi

İŞİD-lə mübarizədə səhv kordinatlar verilməsi səbəbilə bu günə kimi 5 min sivil vətəndaş döyüş təyyarələrinin hədəfi olub. “Fərat Qalxanı” əməliyyatında isə heç kimdən kordinator alınmadı. Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusunun açdığı yoldan irəlilədi. Əməliyyatlar nəticəsində 98 kilometrlik Azez-Cerablus xətti terror qruplaşmalarından təmizləndi. Türkiyə bütün bunları 2 həftə ərzində və tək başına etdi.

Hər gün ortalama 7-10 milyon dollar pul xərclənir

ABŞ-ın İŞİD-lə mübarizə koalisiyasında 18 ölkə var. Bu ölkələrin hərbi təyyarələri 2 ildən çoxdur ki, Suriya və İraqda İŞİD terror təşkilatının mərkəzlərini bombalayır.

ABŞ-ın İŞİD-lə apardığı mübarizə əlbəttə böyük bir maliyyə qaynağı hesabına ərsəyə gəlib. ABŞ qüvvələrinin İŞİD-lə mübarizədə gündəlik ortalama 7-10 milyon dollar pul xərclədiyi bildirilir.

Terror təşkilatı pul qazanmağa davam edir

İŞİD-ə qarşı aparılan hərbi əməliyyartların nəticəsində 40 min terrorist öldürülüb, 30 min terrorist nəzarət altına alınıb. Üstəlik, bu əməliyyatlar İŞİD-in əsas gəlir mənbəyi hesab edilən neft və su quyularının olduğu ərazidə baş verməyib. Yəni, terror təşkilatı hələ də pul qazanmağa davam edir.

“Fərat Qalxanı” milad oldu

“Fərat Qalxanı” əməliyyatı əslində Suriyada 5 ildən çoxdur davam edən və hec kimin həll edə bilmədiyi problemin sonlandırılmasında milad oldu. Bu əməliyyat istənilən zaman gerçək mübarizənin aparıla biləcəyini dünya ölkələrinə bir daha sübut etdi. (Atv.az)

p1

p2