XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

12 Sentyabr 2016 - 14:50

Azərbaycanlı mühacirlər yeni təşkilat yaratdı:İclasda Cəmil Həsənli də iştirak edib – FOTO

muhacir

Bazar günü Strasburqda azərbaycanlı siyasi mühacirlərin yeni təşkilatının – AND  (Azərbaycan naminə demokratiya –  Azerbaijan needs democracy) təsis iclası keçirilib.

İclasda müxtəlif vaxtlarda Azərbaycanı tərk etmiş siyasi fəallar, jurnalistlər, keçmiş dövlət məmurları və hüquq müdafiəçiləri iştirak ediblər. İclasda Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli də iştirak edib. (Turan)

AND təsisçiləri hələlik qurum və onun tərkibi, təşkilatın proqram və vəzifələri barədə məlumat yaymayıblar. Lakin artıq indidən demək olar ki, bu, ölkənin hüdudlarından kənarda siyasi müxalifətin formalaşması üzrə ən mühüm addımdir.

Azərbaycan mühacirlərinin hərəkətlərinin koordinasiyası BMT, ATƏT, Avropa Şurası, Avropa parlamenti kimi beynəlxalq qurumlarda Azərbaycandakı vəziyyət barədə rəyin formalaşmasına təsir göstərəcək.

Güman etmək olar ki, mühacir təşkilatlarının sirası genişlənəcək və ABŞ-da da AND-ın bölməsi yaranacaq.