XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

13 Sentyabr 2016 - 07:53

Gürcü nazir:"Ölkələrimizin inkişafı üçün iqtisadiyyat başlıca amildir"

maya

"Gürcüstan Azərbaycan və Türkiyə ilə fəal strateji əməkdaşlıq edir. Bu əməkdaşlığın hər üç ölkədə mövcud olan problemlər və münaqişələrlə heç bir əlaqəsi yoxdur".

Bu sözləri Gürcüstanın sabiq xarici işlər naziri Maya Pancikidze “Yaxın çağırışlar: NATO Uelsdən Varşavayadək və irəli” mövzusunda Tbilisidə keçirilən konfransda deyib.

M.Pancikidze qeyd edib ki, ölkələrimizin inkişafı üçün iqtisadiyyat başlıca amildir. Bu ölkələrin əlaqələrinin inkişaf təməli iqtisadiyyatla qoyulub. Hələ Eduard Şevardnadze və Heydər Əliyevin dövründə iqtisadi əlaqələrimiz başlayıb və münasibətlərimiz bu gün də çox yaxşı inkişaf edir.

Sabiq nazirin sözlərinə görə, Azərbaycanın və Türkiyənin iştirakı ilə çəkilən qaz kəmərlərinin Gürcüstan üçün çox böyük əhəmiyyəti var.

Azərtac