XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 September 2016 - 14:31

Amerikalı həmsədr bəyanat verdi, ermənilər təlaşa düşdü –Qarabağ problemi...

uorlik

ATƏT həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağa status verilməsi müqabilində ərazilərin bir hissəsinin qaytarılmasını nəzərdə tutduğu barədə qeydləri, deyəsən, Ermənistanı əməlli başlı qarışdırıb.

Xatırladaq ki, Uorlik Rusiyanın İnterfax agentliyinə verdiyi müsahibədə bu cümlələri işlətmişdi: "Nizamlanma Dağlıq Qarabağa status verilməsi müqabilində ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmasını nəzərdə tutur. Bu nizamlanmanın şərtləri idi, lakin yeganə şərti deyildi. Qaçqınların qayıtması, beynəlxalq sülhməramlı qüvvələrin iştirakı da var. Bütün bu elementlər sülh yolu ilə nizamlanmanın şərtləridir və onların hamısı məlumdur. Bizə bütün bu şərtlərin birləşdirilməsi üsulunu tapmaq və sülh yolu ilə nizamlanmaya nail olmaq üçün tərəflərlə işləmək lazımdır, bundan qazanan region əhalisi olacaq".

Strateq.az xəbər verir ki, Musavat.com Ceyms Uorlikin müsahibəsində ermənilərə xoş gəlməyən başqa maraqlı məqamlara da diqqəti çəkib.

Belə ki, Uorlik açıqlamasında Dağlıq Qarabağda qalib və məğlubların olmaması gərəkliliyi barədə Rusiya prezidenti Vladimir Putinin söylədiklərini yenidən təkrar edib: 

“Bizim üçün ən idealı olanı qaliblərin və məğlubların olmamasıdır. Bu sülh hər iki tərəf üçün sərfəli olmalıdır. Bir çox məsələlər üzrə danışıqlar aparan bir adam kimi deyə bilərəm ki, müzakirələr bir tərəf kompromisə getmədən  və nələrisə qurban vermədən uğurlu alına bilməz. Danışıqlar o vaxt uğurlu olacaq ki, bundan həm Azərbaycanın, həm də Ermənistanın əhalisi qazanacaq. Bu region dinc və təhlükəsizlikdə yaşamağa layiqdir”.

Qeyd olunur ki, Uorlikin bu sözləri ən qatı qərbpərəst erməni analitiklərinin də xoşuna gəlməyib. Çünki onların fikrincə, bu münaqişənin yalnız bir mütləq qalibi vardır və o “qalib”in nəinki Qarabağ, hətta ətraf  rayonları belə ilhaq etməyə haqqı çatır.

Uorlikin müsahibəsində diqqət çəkən digər xüsus onun azərbaycanlılarla ermənilərin bir yerdə yaşamasının vacibliyini qeyd etməsidir:

“Azərbaycanlılar və ermənilərin bir yerdə dinc və mehriban şəraitdə yaşadığı dövrlərdən çox keçməyib. İnid həmin zamanlar artıq arxada qalıb. Təəssüf ki, azərbaycanlıların  və ermənilərin yeni nəsilləri bir-birlərini tanımırlar. Onlar bir-birləri haqqında yalnız KİV və xəbərlərdən məlumat ala bilirlər. Biz insanlar arasında kontaktın qurulmasına tərəfdarıq. Münaqişənin dinc yolla nizamlanması üçün azərbaycanlılarla ermənilərin bir yerdə yaşamasını istərdik”, – deyə, amerikalı həmsədr bildirib.

Erməniləri də dilxor edən bu cümlələr olub. Çünki Uorlik məhz bu cümlələrin arxasınca ərazilərin qaytarılması müqabilində Dağlıq Qarabağa status verilməsi məsələsindən danışıb.

Yəni Azərbaycanın tərkibində status alan Dağlıq Qarabağın erməni əhalisi  azərbaycanlılarla bir yerdə yaşaya bilər.

“Mən inanıram ki, həm Azərbaycanda, həm də Ermənistanda buna hazır olan insanlar çoxdur”, – deyə, Uorlik öz sözlərini qüvvətləndirib.

Uorlik Rusiyanın münaqişənin nizamlanmasındakı rolunu olduqca məhsuldar və pozitiv hesab edib. Ceyms Uorlik Azərbaycanın Rusiya və İranla regional əməkdaşlıq çərçvəsində həyata keçridiyi diplomatiyasına da təbii yanaşdığını söyləyib.

Hər halda ATƏT-in amerikalı həmsədrindən bu cür ifadələrin duyulması Ermənistan diplomatiyası üçün soyuq duş təsiri bağışlayır.

Çünki bu sözlər aprel döyüşlərindən sonra Rusiyanın Ermənistana xəyanət etdiyini və satdığını söyləyən erməni icmalçılarının güvəndiyi daha bir dağa qar yağması anlamına gəlir. Bu Azərbaycanın xarici siyasəti üçün də önəmli gəlişmə hesab edilə bilər.

Uorlikin açıqlamaları ilə bağlı erməni tərəfdən narahat dolu reaksiya özünü çox gözlətməyib.

Qondarma “DQR”in “prezidenti”nin mətbuat katibi David Babayan statusun öz-özlüyündə qondarma qurumun təhlükəsizliyi üçün təminat ola bilməyəcəyini söyləyib.

David Babayan qeyd edib ki, ərazilər məsələsi daima Azərbaycan tərəfindən qaldırıldığı  üçün həmsədrlər istər-istəməz onu gündəmə salmağa məcbur olurlar: “Lakin bu o demək deyildir ki, bu cür yanaşma üsulu bizim üçün məqbuldur” (Babayan “biz” deyərkən tərəf olaraq qəbul edilməyən qondarma respublikanı nəzərdə tutur-red.).

“Dağlıq Qarabağ Respublikası xalqı üçün (Dağlıq Qarabağın erməni icması üçün-red.) təhlükəsizliyin təmini ən vacib məsələdir. Heç bir status Azərbaycanın “Zəngəzurdan İrəvana qədər bütün torpaqları azad edəcəyi” barədə bəyanatlarından əl çəkmədiyi müddətcə, təhlükəsizliyimizə qarantiya verə bilməz”.

“Bundan başqa ərazilərin qaytarılması müqabilində statusun verilməsi Azərbaycanın tərkibində muxtariyyatı da nəzərdə tuta bilər…" – deyə, separatçı quldur narahatlığını gizlətməyib.

Məsələ ilə bağlı Azərbaycan tərəfinin hələlik reaksiyası yoxdur.