Avropa Birliyi əvvəlki kimi yaxşı formada deyil.
Bunu Avropa Parlamentinin plenar sessiyasında çıxışı zamanı Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker söyləyib. Onun sözlərinə görə, Avropa Birliyi hələ də bir çox şeyləri təkmilləşdirməyə ehtiyac duyur.
Qeyd edək ki, bundan öncə Almaniya Xarici İşlər naziri Frank Valter Ştaynmayer AB-nin güclənməyə ehtiyacı olduğunu bildirib. (Axar.az)