XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

15 Sentyabr 2016 - 16:10

İranın Azərbyacandakı yeni səfiri:“İqtisadi əməkdaşlıq siyasi əməkdaşlıqdan geri qalır”

sefir-iran

İranın Azərbaycana bu yaxınlarda təyin edilmiş səfiri Cavad Cahangirzadə iki ölkə arasında iqtisadi əlaqələri siyasi münasibətlər səviyyəsinə qədər gücləndirməyə çağırıb.

Bu barədə o, çəşənbə günü Ərdəbil qubernatoru Məcid Xodabəxşlə görüşdə bildirib. Xəbəri İRNA agentliyi yayıb.

Səfir deyib ki, iki ölkə arasında siyasi əlaqələr son 3 ildə xeyli yaxşılaşıb. Amma iqtisadi əməkdaşlıq siyasi əməkdaşlıqdan geri qalır.

Onun sözlərinə görə, İranın Şərqi və Qərbi Azərbaycan, Gilan və Ərdəbil əyalətlərinin Azərbaycanla  daha geniş iqtisadi əlaqələri var. Hər il Azərbaycandan İrana gələn turistlərin sayı 1 mln. nəfər təşkil edir (turistlərin ümumi sayının təxminən 20%-i).

Ərdəbil qubernatoru, öz növbəsində, son illər Biləsuvar sərhəd terminalının açıldığını, bunun sərhəddən yük və insanların hərəkətini asanlaşdırmağa imkan verdiyini qeyd edib.

Xodabəxş Bakını qarşılıqlı əməkdaşlıq yolunda Azərbaycanın İran mallarına tətbiq etdiyi preferensial tariflər kimi maneələri aradan qaldırmağa çağırıb.