2017-ci ilin və növbəti üç il üçün Azərbaycan dövlət büdcəsinin proqnozları və sosial-iqtisadi inkişaf konsepsiyası layihəsi Nazirlər Kabinetinə təqdim olunub.
Bunu Trend-ə Nazirlər Kabinetindən deyiblər.
Mənbə bildirib ki, büdcə proqnozları formalaşdırılan zaman 1 barel neftin orta illik qiyməti – 40 dollar əsas götürülüb.
Bununla yanaşı, 1 barel neftin 35 və 45 dollar qiyməti nəzərə alınmaqla gələn il üçün dövlət büdcəsi proqnozlarının daha iki ssenarisi hazırlanıb.