XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2016 - 13:07

Möhsün Pakayin:“Dağlıq Qarabağ İranda keçirilən idman yarışlarında iştirak etməyib”

pakayin

“İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili bir tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq keçirilir”.

İranda ermənilərin idman olimpiadasının keçirilməsinin və qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndələrinin bu yarışlarda iştirak etməsi barədə yayılan xəbərlərdən sonra İranın Azərbaycandakı səfiri Möhsün Pakayin mətbuata açıqlamasında deyib.

Səfir bildirib ki, yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı qonaq olaraq bu yarışlarda iştirak etmək üçün dəvət edib və bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştirak etməyib. Onun sözlərinə görə, hər hansı bir iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılşadırılmadan həyata keçirilib: “Aydındır ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak edib”.

Strateq.az