XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2016 - 14:20

Merkel:“Biz bir görüşlə problemləri həll edə bilmərik"

merkel

Avropa Birliyi kritik vəziyyətdədir.

Bunu jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel söyləyib. Onun sözlərinə görə, Avropa dəyişmək bacarığının olduğunu praktikada sübut etməyi bacarmalıdır:

“Biz bir görüşlə problemləri həll edə bilmərik. Bratislavada bu gün miqrasiya və miqrasiya böhranının səbəbləri müzakirə ediləcək”.

Qeyd edək ki, bu gün Slovokiyanın paytaxtı Bratislavada AB ölkələri liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək. Sammitdə əsas müzakirə mövzusu Breksitdən sonra AB-nin taleyi məsələsi olacaq. Bratislavaya Böyük Britaniyadan başqa bütün AB liderləri dəvət edilib. (Axar.az)