XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2016 - 19:32

“Yaş elə yaşdı ki, iddialı danışmaq olmur” –Sabiq deputat

erestun-cavadov-dep

"Son günlər havalar qəfil dəyişib deyə, bir az soyuqlamışam. Danışmağa çətinlik çəkirəm. Yəqin, qısa vaxtda sağalaram"

Bunu sabiq deputat Ərəstun Cavadov deyib.

Eks-deputat işlərindən də danışıb: "Təqaüdçü adamın görəcəyi iş nə ola bilər ki! Nəvələrlə vaxt keçirirəm. Arada, dostlarla əlaqə saxlayıram. Yaş elə yaşdı ki, "bunu edirəm, ya da, bunu edəcəm" kimi iddialı danışmaq olmur. Bir sözlə, bu yaşda olanlar necə dincəlirsə, mən də elə dincəlirəm".

Qeyd edək ki, Ərəstun Cavadov Mərkəzi Univermağın rəhbəridir.

Modern.az